“Qarabağ” dünyada 124-cüdür

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası 2015-ci ilin ən yaxşı 200 klubunun siyahısını açıqlayıb. Allsport.az saytı xəbər verir ki, siyahıda Azərbaycan klubları da yer alıb. “Qarabağ” 142 xalla 77-ci pillədə qərarlaşıb. Ağdam klubu bu göstəricidə İspaniya “Valensiya”sı ilə şərikdir.

“Qəbələ” isə 116 xalla 124-cü yerdə gedir. Eyni göstərici daha dörd kluba məxsusdur – “Rosario Sentral” (Argentina), “Xerediano” (Kosta Rika), “Torino” (İtaliya) və “Senqnam İlhva Çunma” (Koreya). Bakı “İnter”i 92 xalla 192-ci yerdədir. Ermənistan “Pünik”i ilə İsveçrə “Tyun”u da oxşar göstəriciyə sahibdir.

Dünya reytinqinə İspaniya “Barselona”sı başçılıq edir – 379 xal. Bu komandanı İtaliyanın “Yuventus” (286) və “Napoli” klubları (268) izləyirlər.

Həmin kateqoriyadan