- Baxış sayı: 133
- 08 May 2026 23:17
- Baxış sayı: 173
- May 08, 2026
- 0

“Qalatasaray” çempionlar liqasının pley-ofuna vəsiqə qazanıb. Allsport.az saytı xəbər verir ki, “aslanlar” cavab görüşündə Sloveniya “Olimpiya”sına 1:0 qalib gəlib. “Sarı-qırmızılılar” səfərdə ilk matçda rəqibini 3:0 yenmişdi.
Beləliklə, Lüblyana klubu mübarizəni Avropa liqasının pley-ofun davam etdirəcək. Bu mərhələdə onların rəqibi “Qarabağ” (Azərbaycan) – HİK (Finlandiya) cütünün qalibi olacaq. İlk qarşılaşma avqustun 24-ü Sloveniyada olacaq. Cavab matçı ayın 31-ində keçiriləcək.
“Köhlən atlar” ilk oyunda Bakıda 2:1 qələbə qazanıb. Cavab görüşü avqustun 17-də Helsinkidədir.