“Qarabağ” Emeqaranı komandada saxlayır

“Qarabağ” klubu Emeqaranı heyətində saxlayacaq. Allsport.az saytı xəbər verir ki, Ağdam təmsilçisi bununla bağlı qərarı qətidir. İsveçrəli futbolçu ilə ilkin olaraq, qışa qədər müqavilə bağlamışdı. Anlaşmada, hücumçu komandaya uyğunlaşacağı halda, onunla yeni sözləşmənin bağlanacağına dair bənd vardı.

Rekord.az-a daxil olan məlumata görə, Emeqaranın burda olduğu qısa müddətdə özünü ən yaxşı tərəfdən göstərməsi, Qurban Qurbanovun və rəhbərliyin qəti qərar qəbul etməsinə səbəb olub.

Belə ki, baş məşqçi futbolçunun özünü doğrultduğunu bildirərək, onunla yeni müqavilə bağlamağın vacibliyini bildirib. Beləliklə, bu ay “Qarabağ” klubu Emeqara ilə 2015-ci ilin sonuna kimi müqavilə bağlayacaq.

Həmin kateqoriyadan