“Qarabağ” erməni təxribatının qarşısını almaq üçün “Samtredia”ya və UEFA-ya müraciət edib

Məlum olduğu kimi, sabah “Qarabağ” klubu çempionlar liqasının 2-ci təsnifat mərhələsinin cavab matçında Tiflisdə “Samtredia” ilə qarşılaşacaq. Allsport.az saytı xəbər verir ki, son illər Azərbaycan və Gürcüstan təmsilçiləri bir neçə dəfə üz-üzə gəlib və bu görüşlərin bir neçəsində xoşagəlməz hadisələr yaşanıb.

Bunu nəzərə alaraq, “Qarabağ” komandası qarşılaşmada mümkün ola biləcək erməni təxribatının qarşısını almaq həm Gürcüstan klubuna, həm də UEFA-ya müraciət edib. Matça Ermənistan və qondarma Dağlıq Qarabağ “respublika”sının bayraqlarının gətirilməsinin qarşısının alınması yönündə klubumuz, UEFA və Gürcüstan təmsilçiləri ilə görüşüb.

Stadiona yalnız Gürcüstan və Azərbaycan bayrağının buraxılacağı barədə qərar qəbul edilib. Gürcüstan tərəfi də yarana biləcək erməni təxribatının qarşısını almaq üçün maksimum çalışacaqlarını bildirib.

Həmin kateqoriyadan