- Baxış sayı: 11
- 24 İyun 2026 02:54
- Baxış sayı: 40
- İyun 23, 2026
- 0
Avropa Liqasının qrup mərhələsində keçiriləcək “Qarabağ” – “Fiorentina” oyununu idarə edəcək hakimlər bilinib. Allsport.az saytı xəbər verir ki, görüşü xorvatiyalı referilər briqadası idarə edəcək.
Baş fit sahibi İvan Bebek təyin olunub. Ona yan xətt hakimləri Tomislav Petroviçlə Miro Qrqiç kömək edəcək. Əlavə ədalət təmsilçiləri Anto Vuçmiloviç-Şimuniç, Qoran Qabrilo, ehtiyat hakim isə Qoran Pataki təyin edilib.
Bu komandalar arasında matç dekabrın 8-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq.