“Qarabağ” görüşə itkilərlə çıxacaq

“Qarabağ”ın konfrans liqasının pley-ofunda rəqibi “Aberdin” cavab oyununa itkilərlə çıxacaq. Allsport.az saytı xəbər verir ki, bu barədə “donlar”ın baş məşqçisi Stiven Qlas deyib.

O, 2 oyunçusunun sözü gedən qarşılaşmanı buraxacağını qeyd edib. Rayan Heces və Endryu Korsidan zədəli olduqlarına görə, görüşdə iştirak edə bilməyəcəklər.

Avqustun 26-sı oyun 22:45-də başlayacaq. İlk matç 1:0 “köhlən atlar”ın qələbəsi ilə başa çatıb.

Həmin kateqoriyadan