“Qarabağ” hesabı açsa da, üstünlüyünü qoruya bilmədi

Bu gün “Qarabağ” qitə liqasının “İ” qrupunun 2-ci turunda “Vilyarreal” ilə üz-üzə gəldi. Allsport.az saytı xəbər verir ki, ölkədəki hərbi durumla əlaqədar “köhlən atlar” İspaniya klubunu İstanbulun “Başağşəhər Fateh Tərim” stadionunda qəbul etdi. 

Qarşılıqlı hücumlar şəraitində keçən oyunun ilk hissəsində qapılara qol vurulmadı. Növbəti yarıda qonaqlar qonaqlar bir qədər fəallaşdı. Bir neçə təhlükəli zərbəni qapıçı Şahruddin Məhəmmədəliyev qaytardı.

“Vilyarreal” hücuma aludə olarkən “Qarabağ” bir neçə dəfə əks-hücuma keçdi. Filip Ozobiçin zərbəsi dirəkdən döndüsə, bir qədər sonra, 78-ci dəqiqədə Ovusu Kvabena hesabı açdı. Amma sevinçimiz cəmi 2 dəqiqə çəkdi. Yeremi Pino güclü vuruşla komandasını yenik durumdan qurtardı.

Qoldan sonra İspaniya təmsilçisi təzyiqi bir qədər də artırdı. Qarmaqarışıqlıq zamanı Pako Əlkəser 85-ci dəqiqədə fərqi artırdı (2:1). Hakimiz matça artırdığı əlavə vaxtda qonaqlar 1 qol da vurdular. Penaltidən 2-ci qolun müəllifi dəqiq oldu.

Həmin kateqoriyadan