“Qarabağ” iştirak ərizəsini UEFA-ya yolladı

“Qarabağ” konfrans liqasının 1/16 finalı üçün iştirak ərizəsini UEFA-ya göndərib. Allsport.az saytı xəbər verir ki, Belçikanın “Gent” klubu ilə oyunlarda zədəli qapıçı Şahruddin Məhəmmədəliyev və müdafiəçi Abbas Hüseynov yer almayacaqlar. Yeni transferlərdən Redon Cica, Yassin Benzia və Adama Diakabi siyahıya əlavə olunub.

Azərbaycan çempionu qış fasiləsində qolkiper çözümünü həll etməyincə, bu mövqeyə 2-ci komandadan Ayxan Arazlını sifariş edib. “Köhlən atlar” ilk oyunu fevralın 16-da Bakıda, cavab görüşünü ayın 23-də səfərdə keçirəcək.

Qapıçılar: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov; 94. Ayhan Arazlı

Müdafiəçilər: 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 81. Kevin Medina

Yarımmüdafiəçilər: 2. Qara Qarayev, 6. Julio Romao, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 20. Riçard Almeyda, 87. Adama Diakabi

Hücumçular: 9. Musa Qurbanlı, 77. Ramil Şeydayev, 99. Redon Cica

Həmin kateqoriyadan