“Qarabağ” – “Kayrat” oyununa nə qədər bilet satılıb?

“Qarabağ”ın konfrans liqasının qrup mərhələsinin 3-cü turunda Qazaxıstan “Kayrat”ı ilə keçirəcəyi oyununa indiyədək satılmış biletlərin sayı açıqlanıb.

Allsport.az xəbər verir ki, qarşılaşma üçün 13 mindən çox bilet satılıb.
Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək görüşdə koronavirus pandemiyası ilə əlaqədar arenanın 50 faizi qədər azarkeş tribunalara buraxılacaq.
Mərkəzi arena 30 min fanat qəbul edə bildiyindən, matç üçün 15500 bilet satışa çıxarılıb.

Oktyabrın 21-də oynanılacaq “Qarabağ” – “Kayrat” oyunu saat 20:45-də başlanacaq.

Həmin kateqoriyadan