“Qarabağ”–“Kayrat” oyununun biletləri satışda

Ağdamın “Qarabağ” klubunun konfrans liqasının qrup mərhələsinin 3-cü turunda Qazaxıstan “Kayrat” komandası ilə keçirəcəyi ev oyununun biletləri satışa çıxarılıb. Allsport.az xəbər verir ki, biletlərin qiyməti müvafiq olaraq 3, 5, 10, 50 və 75 manat təşkil edir.

Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək oyunda COVID-19 pandemiyası ilə əlaqədar arena tutumunun 50 faizi qədər azarkeş tribunalara buraxılacaq.

Həmin kateqoriyadan