“Qarabağ” keçmiş hücumçusu ilə anlaşıb

“Qarabağ” heyətinə yeni oyunçu cəlb edib. Allsport.az saytı xəbər verir ki, ölkə çempionu hücum xəttini gücləndirib. Komanda İnnosent Emeqara ilə anlaşıb.

Daha əvvəl də “Qarabağ”da oynamış isveçrəli hücumçunun keçidinin yaxın günlərdə rəsmən açıqlanacağı gözlənilir. 2014/15 mövsümündə qısa müddət Azərbaycan çempionunun heyətində çıxış etmiş Emeqara meydana çıxdığı 7 oyunda 4 qol vurmuşdu.

Apasport.az-ın məlumatına görə, onun son klubu Kiprin “Ermis” klubu olub.

Həmin kateqoriyadan