“Qarabağ” klubu BŞGİBİ-nin rəisini 45-illlik yubileyi münasibəti ilə təbrik edib

Bu gün “Qarabağ” klubu Bakı şəhər gənclər və idman baş idarəsinin qonağı olub. Allsport.az saytı xəbər verir ki, toplantıda komandanın idman direktoru Əmrah Çəlikəl, baş məşqçi Qurban Qurbanov, vitse-kapitan Qara Qarayev iştirak ediblər.

BŞGİBİ-nin rəisi Raqif Abbasov, Ağdam klubunun keçdiyi uğurlu yoldan danışıb, “qara-göylər”in ölkə futboluna böyük tövhəsini qeyd edib, gələcək yarışlarda inamlı qələbələr arzulayıb.

Qarşılıqlı fikir mübadiləsindən sonra, idarə rəisinə 45-illlik yubileyi münasibəti ilə “Qarabağ”ın köynəyi hədiyyə olunub.

Həmin kateqoriyadan