“Qarabağ” klubu “U Nisi” stadionunda son məşqinə çıxıb.

Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda “Qarabağ” sabah Libereçdə Çex Respublikasının “Slovan” komandasının qonağı olacaq. Allsport.az saytı xəbər verir ki, Azərbaycan təmsilçisi bu gün qarşılaşmanın keçiriləcəyi “U Nisi” stadionunda son məşqinə çıxıb.

Hazırlıq yerli vaxtla saat 19:00-da (Bakı vaxtıyla saat 22:00) start götürüb və təxminən 1 saat davam edib. Bu komandalar arasında görüş sabah saat bizim vaxtla 22:00-da başlayacaq.

Həmin kateqoriyadan