“Qarabağ” klubu “Ümid yeri” uşaq sığınacağının qonağı olub

Bu gün “Qarabağ” klubu və “Sirab” cəmiyyəti birlikdə Binə qəsəbəsində yerləşən “Ümid yeri” uşaq sığınacağının qonağı olublar. Allsport.az saytı xəbər verir ki, komandanın direktoru Əmrah Çəlikəl (bu gün 47 yaşını qeyd edir), baş meneceri Asif Əsgərov və digər məsul əməkdaşlar, futbolçular – Şahruddin Məhəmmədəliyev, Musa Qurbanlı, Adama DiakabiKevin Medina uşaqlarla görüşüblər.

Allsport.az saytı xəbər verir ki, Əmrah bəy uşaqlara sevinc yaşatmaq və cəmiyyətdə qayğı hissini artırmaq məqsədi daşıyan tədbirlərin vacibliyindən söz açıb. Görüşdə uşaqlara xatirə hədiyyələri təqdim olunub. Sonra uşaqlar topla öz istedadlarını nümayiş etdiriblər.

Həmin kateqoriyadan