“Qarabağ” konfrans liqasının ən yaxşıları sırasında

“Qarabağ” konfrans liqasının cari mövsümündə ən yaxşı statistik göstəricilərə malik klublar cərgəsinə düşə bilib. Allsport.az saytı xəbər verir ki, Ağdam təmsilçisi final matçından sonra açıqlanan nəticələrə əsasən, topa nəzarətə görə turnirin ən güclülərindədir.

“Köhlən atlar” 59 faizlik göstərici ilə 2-cidir. Komanda yalnız Niderland AZ-ından (59,9 faiz) geri qalır. Həmçinin “Qarabağ” dəqiq ötürmələrin sayına görə ilk “5-liy”ə düşüb. “Qarabağ” əsas mərhələdə keçirdiyi 8 qarşılaşmada 83,9 faiz dəqiqliklə oynayıb.

Qurban Qurbanovun komandası ən çox küncdən zərbə yerinə yetirən komandalardan biridir – 66. Turnirin qalibi “Roma” 75, digər finalçı “Feyenoord” isə bizimkilərlə eyni sayda korner edib.

“Qarabağ” 1/16 finalda Fransa “Marsel”inə uduzaraq (1:3, 0:3) mübarizəni dayandırıb. 

Həmin kateqoriyadan