- Baxış sayı: 60
- 06 Noyabr 2026 23:58
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

UEFA-nın tələbinə əsasən, Tofiq Bəhramov adına Respublika stadionunda topun qapı xəttini keçib-keçmədiyini müəyyənləşdirən texnoloji sistem quraşdırılır.
Allsport.az saytı xəbər verir ki, bu haqda qol.az-a “Qarabağ” klubunun baş meneceri Asif Əsgərov məlumat verib. “Goal line” adlanan bu sistem Azərbaycan futbol tarixində ilk dəfə olaraq “Qarabağ”ın çempionlar liqasının pley-off mərhələsində “Kopenhagen”lə keçirəcəyi oyunda tətbiq olunacaq.
Əsgərov bildirib ki, İngiltərə şirkətlərindən birinin apardığı bu iş yaxın günlərdə yekunlaşacaq. Xatırladaq ki, pley-ofda “Qarabağ” – “Kopenhagen” matçı avqustun 15-də, cavab görüşü həmin ayın 23-də Danimarkada olacaq.