“Qarabağ” – “Lex” oyununun ingiltərəli hakimləri Tofiq Bəhramovun abidəsini ziyarət edib

Çempionlar liqasının 1-ci ələməsində “Qarabağ”ın “Lex”lə Bakıdakı cavab oyunundan sonra maraqlı an yaşanıb. Allsport.az saytı xəbər verir ki, görüşü idarə edən ingiltərəli hakimlər – Endrü Medli, Daniel Kuk, Harri Leonard, Simon Huper həmkarları Tofiq Bəhramovun abidəsini ziyarət ediblər.

Həmyerlimiz 1966-cı il dünya çempionatında İngiltərə və AFR (Qərbi Almaniya) milliləri arasında keçirilmiş final matçında hesab 2:2 olarkən, əlavə vaxtda isveçrəli baş hakim Qottfrid Dinst azərbaycanlı yan xətt hakimi ilə məsləhətləşdikdən sonra mərkəzi göstərib.

Sonradan daha 1 qol vuran meydan sahibləri 4:2 hesablı qələbə sayəsində dünya çempionu olublar. Bu matçdan sonra Tofiq Bəhramov ingilislərin qəlbində xüsusi yer tutub.

Həmin kateqoriyadan