“Qarabağ” – “Marsel” görüşü ona tapşırıldı

Konfrans liqasının 1/16 finalında “Qarabağ” – “Marsel” ilə arasında Bakıda cavab oyunu üçün təyinatlar açıqlanıb. Allsport.az saytı xəbər verir ki, görüşü polşalıalr idarə edəcəklər.

Baş hakim Bartoş Frankovskidir. Ona yan xətlərdə qismində Martsin Bonek və Yakub Vinkler kömək edəcəklər. 4-cü referi funksiyasını Kjiştof Yakubik yerinə yetirəcək.

Fevralın 24-də Tofiq Bəhramov adına respublika stadionunda matç saat 21:45-də başlayacaq. Fransada ilk oyunda “Qarabağ” 1:3 uduzub.

Həmin kateqoriyadan