“Qarabağ” Messinin penaltisini dəf edən islandiyalı qapıçını transfer edib

“Qarabağ” yeni futbolçu transfer etməyə hazırlaşır. Allsport.az saytı xəbər verir ki, Ağdam klubu Rusiya-2018 Dünya Kubokunda iştirak etmiş İslandiya millisinin əsas qapıçısı Hannes Halldorssonu heyətinə qata bilər.

Bu barədə məlumat Azərbaycan çempionun “Qarabağ”ın sosial şəbəkədəki hesabında yayılıb: “Yeni transferimizi videoyla təqdim etməyə ehtiyacımız yoxdur, çünki siz hər gün dünya çempionatını izləyirsiz”.

Son klubu Danimarka “Randers”i olan 34 yaşlı qolkiper ilə hərtərəfli razılığa gəlinib. O, Argentina ilə oyunda (1:1) Lionel Messinin penaltisi qaytarmaqla məşhurlaşıb.

Həmin kateqoriyadan