- Baxış sayı: 23
- 24 İyun 2026 13:00
- Baxış sayı: 68
- İyun 23, 2026
- 0

“Qarabağ” bu gün çempionlar liqasında 3-cü təsnifat mərhələsində Norveçin “Molde” klubu ilə qarşılaşıb. Allsport.az xəbər verir ki, qarşılaşma Kiprin Larnaka şəhərindəki “AEK Arena”da keçirilib.
Oyunun əsas və əlavə vaxtında hesab açılmayıb. Penaltilər seriyasında qalib gələn Norveç klubu pley-offa yüksəlib.
“Qarabağ” mübarizəni Avropa liqasının pley-off mərhələsində davam etdirəcək.
Çempionlar liqası, III təsnifat mərhələsi
21:00 “Qarabağ” – “Molde” – 0:0 (əlavə vaxt) (Penaltilər: 5:6)
Qeyri-dəqiq penalti: Etzaz Hussain, 102 (“Molde”)
Hakimlər: Srdyan Yovanoviç, Uroş Stoykoviç, Milan Mihayloviç, Novak Simoviç
“AEK Arena”.