- Baxış sayı: 36
- 24 İyun 2026 11:01
- Baxış sayı: 40
- İyun 23, 2026
- 0

“Qarabağ” Moldovaya yola düşüb. Allsport.az saytı xəbər verir ki, Avropa liqasının pley-off mərhələsidə səfərdə “Şerif”lə qarşılaşacaq Ağdam klubu Bakı-Kişinyov reysi ilə yollanıb.
Oyundan öncə mətbuat konfranslarının və son məşqlərin vaxtları açıqlanıb. Sabah Qurban Qurbanov “Şerif” stadionunun mətbuat üçün böyük zalında jurnalistlərlə görüşəcək. Tədbir saat 19:40-da başlayacaq. Bundan 20 dəqiqə sonra isə həmin arenada Ağdam təmsilçisinin son məşqi start götürəcək.
Hazırlığın ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq. “Şerif” – “Qarabağ” oyunu avqustun 23-də saat 21:00-da start götürəcək.