- Baxış sayı: 60
- 06 Noyabr 2026 23:58
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Bu gün Avropa liqasında 1/8 finalın cavab oyunları keçirilib.
Allsport.az xəbər verir ki, “Qarabağ” Almaniyada “Bayer-04”lə görüşüb. Qurban Qurbanovun komandası 1/4 finala vəsiqə üçün mübarizədə rəqibinə 2:3 hesabı ilə məğlub olub.
Ağdam təmsilçisinin heyətində Zubir və Juninyo fərqlənib. Leverkuzen klubunda isə Frimponq 1 qol vurub, Patrik Şik dubla imza atıb.
Komandalar arasında Bakıda keçirilən ilk qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb.