“Qarabağ” – “Nant” matçının biletləri satışa çıxır

Avropa liqasının “G” qrupunda “Qarabağ” – “Nant” (Fransa) oyununun biletləri sentyabrın 11-də saat 11:00-dan satışa çıxarılacaq. Allsport.az saytı xəbər verir ki, qiymət müvafiq olaraq 5, 20, 30, 75 və 100 manat təşkil edir.

Satış məntəqələri:

Tofiq Bəhramov adına respublika stadionun kassalarında (11:00-dan 20:00-dək);

İticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);

“Park bulvar”dakı “Qarabağ”ın azarkeç mağazasında (11:00-dan 20:00-dək), eləcə də “28 mall” və “Gənclik mall” ticarət mərkəzlərində bütün biletlər satışa çıxarılacaq (11:00-22:00).

Həmin kateqoriyadan