“Qarabağ” – “Olimpiya” matçının biletləri satışda!

Çempionlar liqasının 1-ci ələməsində “Qarabağ”la Sloveniyanın “Olimpiya” klubları arasında cavab matçının biletləri satışa çıxarılır. Allsport.az saytı xəbər verir ki, bu gündən etibarən aşağıda qeyd olunan satış məntəqələrindən və onlayn olaraq iTicket.az saytından görüşə yollanmaq fürsəti əldə etmək olar.

Biletləri alarkən, şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır. Ətraflı məlumatla iticket.az saytından tanış ola bilərsiniz. Qiymətlər sektorlara uyğun olaraq 1, 2, 3, 5 və 10 manat arasında dəyişir. VİP biletlər isə 50 manatdır.

Matçı iyulun 18-də Tofiq Bəhramov adına Respublika stadionunda saat 21:00-da start götürəcək.

Şatış məntəqələri:

T. Bəhramov adına Respublika stadionunun kassaları (11:00-20:00)
Asan Xidmət Mərkəzləri (ASAN 1, ASAN 2, ASAN 3, ASAN 4, ASAN Sumqayıt) (I – V: 10:00- 19:00, VI-VII: 10:00-17:00 (Fasilə: 14:00 – 15:00))
Heydər Əliyev Sarayının kassası (11:00-19:00, Fasilə: 14:00-15:00)
28 Mall (10:00 – 22:00)
Gənclik Mall (10:00- 22:00)
Park Bulvar (Qarabağ FK Fanshop) (10:00 – 22:00)
Məmməd Əmin Rəsulzadə küç. 3 (Azərb. k/t yaxınlığı) (10:30-18:30, Fasilə: 15:00-16:00)
Bül-bül prospekti, Nizami küç. (Nizami k/t yaxınlığı) (11:00-19:00, Fasilə: 15:00-16:00)
Üzeyir Hacıbəyov küç.69x (Hökümət evinin arxası) (10:00-18:00, Fasilə: 14:00-15:00)

Həmin kateqoriyadan