“Qarabağ” “Omoniya” səfərində

Bu gün konfrans liqasında qrup mərhələsinin 2-ci turunun oyunları keçiriləcək.

Allsport.az xəbər verir ki, təmsilçimiz “Qarabağ” Kiprdə “Omoniya”nın qonağı olacaq.

İlk turda Bakıda “Bazel”lə (İsveçrə)  qolsuz heç-heçə edən Ağdam klubu ilk səfərdən yaxşı nəticə ilə qayıtmağa çalışacaq.

Nikosiyadakı GSP stadionunda keçiriləcək arşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

H qrupunun digər oyununda “Bazel” “Kayrat”ı (Qazaxıstan) qəbul edəcək.

30 sentyabr

Konfrans Liqası

“H” qrupu

23:00. “Omoniya” (Kipr) – “Qarabağ” (Azərbaycan)
Baş hakim:
 Bobbi Madden (Şotlandiya)
Nikosiya. GSP stadionu

Həmin kateqoriyadan