“Qarabağ” – PAOK matçına hələlik 6000 bilet satılıb

Avropa Liqasının qrup mərhələsində keçiriləcək “Qarabağ” – PAOK matçına bilet satışı davam edir. Allsport.az saytı xəbər verir ki, hava şəraitinin əlverişsiz olması səbəbindən azarkeşlərin bilet almasında fəallıq hiss olunmur. Hazırda 6000-dən bir qədər çox bilet satılıb.

Ötən gün isə, “Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayev matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionuna gələrək, biletlərin satıldığı kassalara baş çəkib, dəstəyini nümayiş etdirib. Sabah bu komandalar arasında keçiriləcək matç saat 21:00-da start götürəcək.

Həmin kateqoriyadan