“Qarabağ” – PAOK oyununun biletləri satışa çıxır

Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda “Qarabağ” oktyabrın 20-də, saat 21:00-da Yunanıstanın PAOK klubunu qəbul edəcək. Allsport.az saytı xəbər verir ki, oyunun biletləri oktyabrın 17-də, saat 12:00-dan etibarən satışa çıxacaq. Azarkeşlər biletləri Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə edə bilərlər.

1-7 və 22-27 nömrəli sektorlar – 1 AZN
8-10 və 19-21 nömrəli sektorlar – 2 AZN
11,12 və 17, 18, 29, 38 nömrəli sektorlar – 5 AZN
13 və 16 nömrəli sektorlar – 10 AZN
14 və 15 nömrəli sektorlar – 20 AZN
VİP – 50 AZN

 

Həmin kateqoriyadan