“Qarabağ” Plzendən sülhlə qayıdır

Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinə start verilib. Allsport.az saytı xəbər verir ki, bu yarışda  yeganə təmsilçimiz “Qarabağ” ilk oyununda Çex Respublikasında yerli “Viktoriya”nın qonağı olub.

Gərgin keçən 90 dəqiqə ərzində qapılara qol vurulmayıb. Təəssüf ki, komandamız rəqibin son 15 dəqiqədə meydanda azlıqda olmasından da yararlana bilməyib. Bu üzdən də cütün taleyinə avqustun 2-də Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək oyunda aydınlıq gələcək.

Xatırladaq ki, “Qarabağ” ikinci təsnifat mərhələsində Lüksemburq “Düdelanj”ından üstün olmuşdu (evdə 2:0, səfərdə 1:1).

Həmin kateqoriyadan