“Qarabağ” püşkatmada 2-ci səbətdə yer alacaq. 7 ehtimal rəqib hansılardır?

“Qarabağ” qitə liqasının qrupunun püşkatmasında 2-ci səbətdə yer alacaq. Allsport.az saytı xəbər verir ki, buna reytinqdə “köhlən atlar”dan üstün olan “Kopenhagen” (Danimarka) və “Dinamo”nun (Xorvatiya) ÇL-in qrupuna düşməsi səbəb olub. Onların mübarizədən kənarlaşdırdığı “Trabzonspor” (Türkiyə) və “Büdo Qlimt”in (Norveç) Ağdam təmsilçindən əmsalda geridə olması, Azərbaycan klubunun 2-ci səbətdə yerini dəqiqləşdirib.

Qrup mərhələsinin püşkü avqustun 26-da atılacaq. Mərasim Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Hələlik 2-ci səbətdə “Qarabağ”la yanaşı “Renn” (Fransa), PSV (Niderland), “Monako” (Fransa), “Real Sosyedad”ın (İspaniya) da yer alacağı dəqiqləşib. Bu səbətin digər klubları AL-in bugünkü pley-off matçlarından sonra müəyyənləşəcək. 2-ci səbətdən heç bir klub “Qarabağ”a rəqib olmayacaq.  

1-ci səbətdə bu komandalar yer alıblar: “Mançester Yunayted” (İngiltərə), “Arsenal” (İngiltərə), “Roma” (İtaliya), “Latsio” (İtaliya), “Dinamo” (Ukrayna), “Braqa” (Portuqaliya) və “Srvena Zvezda” (Serbiya). Sonuncu 8-ci iştirakçı “Feyenoord” (Niderland) və ya qrupa düşəcəyi halda “Olimpiakos” (Yunanıstan) ola bilər. Bu komandalardan biri “köhlən atlar”a rəqib olacaq.

Həmin kateqoriyadan