“Qarabağ” – “Qalatasaray” xeyriyyə matçından nə qədər gəlir əldə olunub?

Martın 26-da “Qarabağ” və “Qalatasaray” futbol klubları arasında xeyriyyə matçı keçirilib. Öncədən də bəyan edildiyi kimi, bu oyundan gələn gəlirlər qardaş ölkədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə göndəriləcək. Oyunun gəlirləri 1 milyon 90 min 455 manat, təxminən 12 milyon 336 min Türkiyə lirəsı olub.

Allsport.az saytı xəbər verir ki, bu gəlirlərin bir hissəsi (Türkiyədə oyunun yayım hüququndan gələn və Türkiyədən verilmiş reklam gəlirləri) “Qalatasaray” tərəfindən açılmış yardım hesabına köçürüləcək.

Bilet satışı, meydan ətrafı reklam gəlirləri, həmçinin Azərbaycanda yayım haqqından gələn və digər gəlirlər isə qısa zamanda Türkiyədəki uyğun hesaba göndəriləcək.

Bakı olimpiya stadionunda oyunda qonaqlar 2:1 qalib gəliblər.

Həmin kateqoriyadan