“Qarabağ” qrup mərhələsi üçün 23 futbolçu sifariş etdi

“Qarabağ” qrup mərhələsi üçün 23 futbolçu sifariş etdi

“Qarabağ”ın Avropa liqasının qrup mərhələsi üçün iştirak ərizəsi açıqlanıb. Allsport.az saytı xəbər verir ki, Azərbaycan çempionunun heyətində pley-off oyunu ilə müqayisədə heç bir yenilik olmayıb. Komandanın iştirak ərizəsində ümumilikdə 23 futbolçu yer alıb. Onlardan 3-ü qapıçı, 9-u müdafiəçi, 8-i yarımmüdafiəçi və 3-ü hücumçudur.

Qapıçılar: 1. Şahruddin Məhəmmədəliyev, 12. Emil Balayev, 94. Ayxan Arazlı

Müdafiəçilər: 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 21. Rauf Hüseynli, 29. Zamiq Əliyev, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 77. Donald Gerye, 81. Kevin Medina
 
Yarımmüdafiəçilər: 2. Qara Qarayev, 6. Patrik Andrade, 8. Uroş Matiç, 9. Xayme Romero, 10. Abdullah Zubir, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 27. Tural Bayramov 

Hücumçular: 7. Ovusu Kvabena, 11. Mahir Emreli, 22. Musa Qurbanlı

Ağdam klubu “İ” qrupunda “Vilyarreal” (İspaniya), “Makkabi” (Təl-Əviv, İsrail) və “Sivasspor”la (Türkiyə) mübarizə aparacaq. İlk matç oktyabrın 22-də səfərdə İsrail övladlarına qarşıdır.

Həmin kateqoriyadan