“Qarabağ” qrup oyunları üçün sifariş ərizəsini UEFA-ya göndərib

Allsport.az saytı xəbər verir ki, baş məşqçi Qurban Qurbanov heyətə 25 futbolçunun adını daxil edib. Komandadan ayrılacağı gözlənilən fransalı hücumçu Adama Diakabinin adı heyətdə yoxdur. “Köhlən atlar” Avropa liqasının həlledici mərhələsində “Bayer-04” (Almaniya), “Hekken” (İsveç) və”Molde” (Norveç) ilə birgə “H” qrupunda yer alıb.

Qapıçılar: Luka Quqeşaşvili, Amin Ramazanov, Andrey Lunyov;

Müdafiəçilər: Rahil Məmmədov, Maksim Medvedev, Bəhlul Mustafazadə, Marko Veşoviç, Abbas Hüseynov, Elvin Cəfərquliyev, Toral Bayramov, Bədavi Hüseynov, Kevin Medina, Mateus Silva;

Yarımmüdafiəçilər: Julio Romao, Yasin Benzia, Marko Yankoviç, Abdullah Zubir, Leandro Andrade, Riçard Almeyda, Patrik Andrade, Nihad Quliyev;

Hücumçular: Həmidu Keyta, Juninyu, Redon Cica, Nəriman Axundzadə.

Həmin kateqoriyadan