- Baxış sayı: 20
- 02 May 2024 22:35
- Baxış sayı: 20
- May 02, 2024
- 0
“Qarabağ”ın baş meneceri Asif Əsgərov Avropa klublar birliyinin yarış işçi qrupuna üzv seçilib. Allsport.az saytı xəbər verir ki, o, 49 nəfər namizəd arasından seçilən “altılıq”da yer alıb. Həmyerlimiz ECA-da Azərbaycanı və “Qarabağ”ı təmsil edəcək.
Yarış işçi qrupuna İspaniyanın “Real Madrid” klubundan Emilyo Butraqenyo, Yunanıstan PAOK-dan Lüboş Mixel, Türkiyə təmsilçisi “Qalatasaray”dan Cəng Ərgün, İtaliya “Yuventus”dan Ruzo Lombardo və İsveç “Malmö”sündən Nikas Karlsson seçiliblər.