“Qarabağ” Raydell Puponla 2 illik müqavilə bağladı

“Qarabağ” 2015/16 mövsümü üçün daha bir transferini reallaşdırıb. Allsport.az xəbər verir ki, daha öncə Coşqun Diniyev, Vüqar Mustafayev, Azər Salahlı, Elvin Məmmədov, Elvin Yunuszadə, Alharbi Əl Jadeyuini sıralarına qatan Ağdam klubu Raydell Puponu da rənglərinə “bağlayıb”.

Hollandiyalı forvard karyerasının böyük qismini ölkəsində keçirib. 27 yaşlı forvard “Ayaks”ın yetirməsidir. Vətənində “Villem II”, “Sparta” (Rotterdam), “De Qrafşap”, “Den Haaq”, “Nak Breda”da forma geyinib. Ötən mövsüm karyerasında ilk dəfə legioner həyatı yaşayan Pupon Fransanın “Valensyenn” klubunda top qovub.

Puponla 2 illik müqavilə bağlanılıb. Hollandiyalı forvard üçün artıq UEFA-ya müraciət edilib.

Həmin kateqoriyadan