“Qarabağ” səviyyəmizə yaxın komandadır”

“Bizdən asılı olan hər şeyi etmək istəyirik. Qrupumuzda məğlubedilməz komanda yoxdur. Eyni zamanda, hər birinə uduzmaq da mümkündür”.

Allsport.az xəbər verir ki, bunu “Qarabağ”ın UEFA konfrans liqasının qrup mərhələsindəki rəqiblərindən olan Kipr “Omoniya”sının baş məşqçisi Henninq Berq deyib.

Norveçli mütəxəssis qrupdakı rəqibləri dəyərləndirib: “Bazel” yüksək səviyyəli komandadır. “Qarabağ” səviyyəmizə yaxın kollektivdir. “Kayrat”ın hansı vəziyyətdə olduğuna isə baxmaq lazımdır”.

“Omoniya” sentyabrın 16-da “Kayrat”ın qonağı olacaq. Ağdam təmsilçisi isə Bakıda İsveçrə “Bazel”i ilə qarşılaşacaq. Nikosiya klubu sentyabrın 30-da isə “köhlən atlar”ı qəbul edəcək.

Həmin kateqoriyadan