“Qarabağ” – “Samterdia” görüşü türkiyəli hakimlərə tapşırılıb

Çempionlar liqasının 2-ci ələməsində Gürcüstanın “Samterdia” klubunu qəbul edəcək “Qarabağ” bu oyuna ciddi hazırlaşır. Allsport.az saytı xəbər verir ki, artıq görüşün hakimləri bəlli olub. UEFA bu matçı türkiyəlilərə tapşırıb.

Oyunun baş referisi Mete Qalxavan olacaq. Ona yan xəttdə Əsəd Sancaqtar və Ərdəm Bayıq yardımçı olacaqlar. Qarşılaşmanın 4-cü hakimi Xəlil Ümid Mələr təyin olunub.

Matçın UEFA nümayəndəsi ingilis Qraham Hover, hakim-inspektor isə moldovalı Vladimir Antonov olacaq. Qeyd edək ki, bu komandalar arasında oyunu iyulun 11-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:00-da başlayacaq.

Həmin kateqoriyadan