“Qarabağ” – “Şerif” matçını belaruslu hakimlər briqadası idarə edəcək

Çempionlar liqasının 3-cü təsnifatını çərçivəsində keçiriləcək “Qarabağ” – “Şerif” oyununun təyinatları açıqlanıb. Allsport.az saytı xəbər verir ki, görüşü Belarusdan olan hakimlər briqadası idarə edəcəklər.

Matçın baş hakimi Sergey Tsinkeviçdir. Yan xətlərdə Yevgeni Romanov və Vitali Malyutin olacaqlar. Dördüncü refeti işini Viktor Şumusik yerinə yetirəcək.

Hakimlərin işinə bolqarıstanlı İçko Lozev qiymət verəcək. Matçın UEFA nümayəndəsi qazaxıstanlı Kuaniş Kanapyanov olacaq.

Qeyd edək ki, iyulun 25-i Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 21:00-da başlayacaq.

Həmin kateqoriyadan