“Qarabağ” – “Şerif” matçının biletləri satışda

Avropa liqasının pley-off mərhələsidə “Qarabağ”la Moldovanın “Şerif” klubu arasında cavab matçının biletləri satışa çıxarılıb. Allsport.az saytı xəbər verir ki, biletləri yalnız aşağıda qeyd olunan satış məntəqələrindən və onlayn olaraq iTicket.az saytından əldə etmək olar. Alış zamanı şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır. Ətraflı məlumatla iticket.az saytında var. Qiymətlər sektorlara uyğun olaraq 1,2,3,5 və 10 manat arasında dəyişir. VİP biletlər isə 50 manatdır. “Qarabağ” – “Şerif” matçı avqustun 30-da saat 21:00-da start götürəcək.

1. Qarabağ FK Fan-şop (Park Bulvar)
2. Tofiq Bəhramov adına Respublika stadionun kassalarında
3. 28 Mall
4. İticket.az (onlayn)

Həmin kateqoriyadan