- Baxış sayı: 60
- 06 Noyabr 2026 23:58
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Bu gün UEFA konfrans liqasında üçüncü təsnifat mərhələsinin püşkü atılıb. Allsport.az xəbər verir ki, “Qarabağ”, “Sumqayıt” və “Keşlə”nin potensial rəqibləri müəyyənləşib.
“Qarabağ” “Aşdod” səddini keçəcəyi təqdirdə, AEL(Kipr) – “Vlajniya (Albaniya) cütünün qalibi ilə oynayacaq.
“Keşlə” isə “Soçi” sınağından üzüağ çıxacağı təqdirdə, ya Serbiyaya, ya da Slovakiyaya yollanacaq. Püşk onları “Partizan”(Serbiya) – DAK-1904(Slovakiya) cütünün qalibi ilə üz-üzə qoyacaq.
“Sumqayıt” – “Çukariçki” (Serbiya) cütünün potensial rəqibləri isə “Hammarbü” (İsveç) – “Maribor” (Sloveniya) cütünün qalibi olacaq.