“Qarabağ” – “Sürix” görüşünü biletləri satışa çıxarılır

Çempionlar liqasının 2-ci təsnifatında “Qarabağ” – “Sürix” oyununun biletləri sabah saat 11:00-dan satışda olacaq. Allsport.az saytı xəbər verir ki, qiymət müvafiq olaraq 5, 10, 20 və 50 manat təşkil edir.

Satış məntəqələri:

İticket.az-ın satış məntəqələrində (11:00-dan 20:00-dək) və iticket.az-da onlayn satış;
“Park bulvarda”kı “Qarabağ”ın azarkeş mağazasında (11:00-dan 20:00-dək);
Tofiq Bəhramov adına respublika stadionun kassalarında (11:00-dan 20:00-dək).

İyulun 19-da mərkəzi idman qurğusunda görüş saat 20:00-da başlayacaq.

Həmin kateqoriyadan