“Qarabağ” üçün “Ayaks” – PAOK cütü

Bu gün İsveçrənin Nyon şəhərində çempionlar liqasında pley-offun püşkü atılıb. Allsport.az saytı xəbər verir ki, 3-cü ələmədə 10 cüt və 2 komandanın ehtimal rəqibləri müəyyənləşib.

Belədə, “Qarabağ” – APOEL cütünün növbəti tərəf-müqabilləri bilinib. Ölkə çempionumuz Kipr təmsilçisini mübarizədən kənarlaşdırsa, “Ayaks” və ya PAOK klublarından biri ilə üz-üzə gələcək.

Qeyd edək ki, pley-off mərhələsinin oyunları avqustun 20-21-də və 27-28-də keçiriləcək.

Çempionlar liqası
Pley-off mərhələsi

Çempionlar yolu
“Dinamo” (Xorvatiya)/”Ferensvaroş” (Macarıstan) cütünün qalibi – “Maribor” (Sloveniya)/“Rusenborq” (Norveç) cütünün qalibi

ÇFR (Rumıniya)/”Seltik” (Şotlandiya) cütünün qalibi – “Slaviya” (Çex Respublikası)

“Yanq Boyz” (İsveçrə) – “Srvena Zvezda” (Serbiya)/“Kopenhagen” (Danimarka) cütünün qalibi

APOEL (Kipr)/“Qarabağ” (Azərbaycan) cütünün qalibi – PAOK (Yunanıstan)/“Ayaks” (Hollandiya) cütünün qalibi

Liqa yolu
“Başakşəhər” (Türkiyə)/“Olimpiakos” (Yunanıstan) cütünün qalibi – “Krasnodar” (Rusiya)/“Portu” (Portuqaliya) cütünün qalibi

“Bazel” (İsveçrə)/LASK (Avstriya) cütünün qalibi – “Brügge” (Belçika)/“Dinamo” (Ukrayna) cütünün qalibi

Həmin kateqoriyadan