“Qarabağ” uzun illər Azərbaycan futbolunun lideri olub”

“Kayrat” klubunun baş məşqçisi Qurban Berdıyev konfrans liqasının 3-cü turunda “Qarabağ”la keçiriləcək oyundan öncə mətbuat konfransında iştirak edib.

Allsport.az Berdıyevin açıqlamalarını təqdim edir:

 – Bakıya hansı məqsədlə gəldiniz?  Qazanmaq sizin üçün vacibdir, yoxsa heç-heçə də məqbul nəticə hesab olunur?

 – Deməzdim ki, heç -heçəyə gəlmişik. Hazırda həm “Qarabağ”a, həm də bizə qələbə lazımdır.

 – “Kayrat” sabah “Qarabağ” ı necə məğlub etmək istəyir?

 – Taktika haqqında danışırıqsa, düşünürəm ki, bu mətbuat konfransı üçün bir sual deyil.

 – “Qarabağ”ın məğlubiyyətsiz seriyası var.  Bu oyunçularınıza nə qədər təsir edir, onları təşviq edirmi?

 – Bəli, əlbəttə ki, təşviq edir.  “Qarabağ” uzun illər Azərbaycan futbolunun lideri olub.  Bu kifayət qədər təcrübəli komandadır.  Düşünürəm ki, oyun maraqlı olacaq.

 – KİV Vagner Lavın oynamayacağını yazır…

 – Təəssüf ki, Vaqner Bazeldə zədələndi və cəmi 2-3 məşq üçün ümumi qrupda məşq etdi.  Lakin onun oyunda iştirakı olduqca mümkündür.

Həmin kateqoriyadan