“Qarabağ” – “Viktoriya” görüşü türkiyəli hakimlərə tapşırılıb

Çempionlar Liqasının 3-cü ələməsində “Qarabağ” – “Viktoriya” (Çex Respublikası) matçının hakim təyinatları açıqlanıb. Allsport.az saytı xəbər verir ki, komandamızın ev oyununu türkiyəli referilər briqadası idarə edəcək.

Oyunun baş fit sahibi Hüseyn Göçək olacaq. Ona həmyerliləri Mustafa Əmrə Əyisoy və Kamal İlmaz köməklik edəcəklər. Barış Şimşək isə 4-ncü hakim funksiyasını yerinə yetirəcək.

Ədalət təmsilçilərinin işinə moldovalı İqor Satkii qiymət verəcək. Oyunun UEFA nümayəndəsi kiprli Andreas Akkelides olacaq.

Qeyd edək ki, “Qarabağ” – “Viktoriya” matçı avqustun 2-də keçiriləcək və saat 20:30-da start götürəcək. İlk oyunda tərəflər qolsuz heç-heçəyə razılaşıblar.

Həmin kateqoriyadan