“Qarabağ” – “Viktoriya” oyununa ilk gündə 9 000 bilet sayılıb

Xəbər verdiyimiz kimi, Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”la Çex Respublikasının “Viktoriya” klubları arasında keçiriləcək cavab matçının biletləri iyulun 30-dan etibarən satışa çıxarılıb. Allsport.az saytı xəbər verir ki, ilk gündəcə 9 000 bilet alınıb.

Satış sabah saat 10:00-dan etibarən davam edəcək. Qeyd edək ki, həm havaların isti keçməsinə, həm də oyuna maraq böyük olduğuna görə, kassalar axşam saat 20:30-a qədər işləyəcək. Öncədən, 20:00-a kimi işləyəcəyi bildirilirdi.

Qısa zamanda kassaya yaxınlaşıb bilet almağınız daha uyğundur. Qarşılaşmaya olan marağı nəzərə alaraq biletlərin erkən tükənmə ehtimalı yüksəkdir.

Həmin kateqoriyadan