“Qarabağ” – “Vorskla”: Mətbuat konfransları və son məşqlər

Avropa liqasının qrup mərhələsinin 3-cü turunda “Qarabağ” -“Vorskla” (Ukrayna) oyunundan mətbuat konfransları və son məşqlərin vaxtı bəlli olub.

Allsport.az saytı xəbər verir ki, baş məşqçi Qurban Qurbanov oktyabrın 24-ü Bakı olimpiya stadionunda saat 14:00-da KİV önünə çıxacaq. Komandamızın son məşqi isə saat 19:15-də baş tutacaq. İlk 15 dəqiqə mətbuat və azarkeşlər üçün açıq olacaq.

Rəqib komandanın baş məşqçisi saat 17:30-da Bakı olimpiya stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. Ukrayna təmsilçisinin oyun öncəsi son məşqi isə saat 18:00-da başlayacaq.

Həmin kateqoriyadan