“Qarabağ” yeni mövsümün hazırlığına başlayıb

“Qarabağ” klubu bu gündən etibarən yeni mövsümünün hazırlığıns başlayıb. Allsport.az saytı xəbər verir ki, baş məşqçi Qurban Qurbanov mayın 5-i ölkə kubokunun finalından sonra futbolçularına istirahət vermişdi. Mövsümün ilk məşqi günorta saatlarında Bakı bazasında start götürüb. Komandanın ilk məşqində Dino Ndlovu, Arif Daşdəmirov, Elvin Yunuszadə və əvəzedici heyətin bir neçə futbolçusu iştirak edib.

Millimizin heyətində olan 8 futbolçu: Rəşad Sadıqov, Bədavi Hüseynov, Maksim Medvedev, Ağabala Ramazanov, Əfran İsmayılov, Qara Qarayev, Rahid Əmirquliyev və Riçard Almeyda, Bosniya və Hersoqovina yığmasına dəvət alan İbrahim Şehiç və U-21 yığmamızın toplanışına dəvət alan Mahir Mədətov, Elgün Uluxanov və Eltun Turabov ilk məşqdə iştirak etməyiblər. Daha bir futbolçumuz Ansi Aqolli isə bir neçə gün sonra komandaya qoşulacaq.

Həmin kateqoriyadan