“Qarabağ” yeni transferi UEFA-ya sifariş etdi

Çempionlar liqasının 3-cü təsnifat mərhələsində Norveçin “Molde” klubu ilə qarşılaşacaq “Qarabağ” sifariş ərizəsini UEFA-ya təqdim edib. Allsport.az xəbər verir ki, 23 nəfərlik siyahıda Ağdam klubunun yeni transferi Patrik Andrade də var.

Qapıçılar: 1. Şahruddin Məhəmmədəliyev, 12. Emil Balayev, 94. Ayhan Arazlı;
Müdafiəçilər: 4. Rahil Məmmədov, 5. Maksim Medvedev (k), 21. Rauf Hüseynli, 29. Zamiq Əliyev, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 81. Kevin Medina;
Yarımmüdafiəçilər: 2. Qara Qarayev, 27. Patrik Andrade, 8. Uroş Matiç, 9. Xayme Romero, 10. Abdullah Zubir, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 27. Toral Bayramov, 77. Donald Gerye;
Hücumçular: 7. Kvabena Ovusu, 11. Mahir Emreli, 22. Musa Qurbanlı.

Sentyabrın 16-da Kiprin Larnaka şəhərindəki “AEK Arena”da keçiriləcək “Qarabağ” – “Molde” oyunu Bakı vaxtı ilə 21:00-da başlayacaq.

Həmin kateqoriyadan