“Qarabağ” “Yuventus”a sataşdı

Çempionlar liqasının 1/8 finalın ilk oyununda Madriddə İtaliyanın “Yuventus” klubunu qəbul edən “Atletiko” rəqibini 2:0 üstələyib. Allsport.az saytı xəbər verir ki, ötən mövsüm qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsində ispanların rəqibi olmuş “Qarabağ” öz Feysbuk səhifəsində maraqlı paylaşım edib.

Ağdam komandası yazısında “Yuventus”a sataşıb. “Qarabağ”ın sosial şəbəkə hesabı Madriddə “Atletiko”ya vurduğu qolun videosunu paylaşaraq, bu sözü qeyd edib: “Yuventus”, “Atletiko”ya necə qol vurmağı görmək istəyirsiz? Miçel, bəlkə bir oyun(luq)?”.

Xatırladaq ki, “Qarabağ” ötən mövsüm “hindular”la evdə 0:0, səfərdə 1:1 hesablı heç-heçə edib.

Həmin kateqoriyadan