“Qarabağ”a görə metro gücləndirilmiş rejimdə işləyəcək

Bu gün Tofiq Bəhramov adına respublika stadionunda konfrans liqasının qrup turniri çərçivəsində “Qarabağ”ın keçirəcəyi oyunla əlaqədar arenanın yaxınlığında yerləşən “Gənclik” stansiyasında qarşılaşmanın keçirildiyi vaxt ərzində gücləndirilmiş iş rejimi tətbiq olunacaq.

Allsport.az xəbər verir ki, oyundan sonra sərnişinlərin təhlükəsiz və rahat daşınmasını təmin etmək məqsədilə bu stansiyaya yaxın obyektlərdə keçirilən kütləvi mədəni tədbirlərlə bağlı əməliyyat planına uyğun olaraq, keçidlərdə, vestibüllərdə və platformada müvafiq tədbirlər görüləcək.

“Qarabağ” – “Kayrat” görüşü saat 20:45-də başlayacaq.

Həmin kateqoriyadan