- Baxış sayı: 15
- 24 İyun 2026 17:37
- Baxış sayı: 82
- İyun 23, 2026
- 0

Avropa liqasının “İ” qrupunun ilk turunda Tel-Əvivdə “Qarabağ”ı qonaq edəcək “Makkabi” bu matçda Uroş Nikoliçin xidmətindən yararlana bilməyəcək. Allsport.az saytı xəbər verir ki, buna səbəb serbiyalı yarımmüdafiəçinin hələ də yerli federasiyada qeydiyyatdan keçirilməməsidir.
Onun adı UEFA-ya təqdim olunan sifariş ərizəsinə salınmayıb. Bildirilib ki, 27 yaşlı oyunçu zədə səbəbindən tibbi müayinədən keçməyib. Onun qeydiyyata alınması üçün tibbi müayinədən keçməsi mütləqdir.
Oktyabrın 22-də görüş Bakı vaxtı ilə saat 21:55-da başlayacaq.